n2006

n2006 Xəbərlər 26-03-2022, 12:33

Ukraynada indiyə qədər 135 uşaq həlak olub

Ukraynada indiyə qədər 135 uşaq həlak olub
Rusiyanın Ukraynaya hücumu nəticəsində fevralın 24-dən bu günə qədər 135 uşaq həlak olub.

LoaDinG.Az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, davam edən müharibədə indiyədək 184 uşaq yaralanıb.

Baş Prokurorluğun məlumatına görə, ən çox itkilər Kiyev, Xarkov, Donetsk, Çerniqov, Nikolayev, Zaporojiye, Jitomir, Xerson və Sumidədir.

"Rusiya qüvvələrinin hava və artileriya zərbələri nəticəsində 566 təhsil müəssisəsi zərər görüb, onlardan 73-ü tamamilə dağıdılıb. 230-dan çox məktəb, 155 uşaq bağçası dağıdılıb. Ən ağır vəziyyət Xarkov, Nikolayev, Sumi, Kiyev, Xerson və Çerniqov regionundadır", - Prokurorluq bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
354 295 310 308 303 317

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.