Türkiyə millisində yeni kapitan
Turkiyə millisinin yeni kapitanı müəyyənləşib.
Loading.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Burak Yılmazın millidəki karyerasını başa vurmasından sonra yeni kapitan Hakan Çalhanoğlu seçilib.
"İnter"in 27 yaşlı futbolçusu İtaliya ilə yoxlama oyunu öncəsi keçirilən mətbuat konfransında bununla bağlı deyib: "Kapitan olmağın məsuliyyətini anlayıram və bu sarğını qürurla daşıyacağam. Hər kəs öz üzərinə məsuliyyəti götürməlidir, ancaq hər kəsdən birinci bunu mən etməliyəm. 2015-ci ildən bu formanı geyinirəm. Zaman tez keçir. Emre Belözoğlu və Arda Turanla oynadım. Bu ay da Burak Yılmaz millidən ayrıldı".
Qeyd edək ki, B.Yılmaz DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Portuqaliya ilə matçdan (1:3) sonra millidəki karyerasını başa vurduğunu açıqlayıb.