Kerbubala
Əlbəttə ki, İmam Hüseyn (Allah ondan razı olsun) qeybi bilmədiyinə görə onların dediklərində doğru olub-olmadıqlarını yoxlamaq və onun gəlişindən qabaq orada hazırlıq işləri aparmaq üçün əmisi Aqil ibn Əbi Talibin (Allah ondan razı olsun) oğlu olan Muslimi (Allah ondan razı olsun) Kufəyə göndərir. Kufəyə çatan Muslim araşdırmalardan sonra görür ki, həqiqətən insanlar Yəzidi yox, Hüseyni (Allah ondan razı olsun) istəyirlər. Muslim Hani ibn Urvanın evində qalır və insanlar camaat halında Muslimin yanına gələrək İmam Hüseyn (Allah ondan razı olsun) üçün ona beyət edirlər. Həmin dövrdə Kufənin əmiri Nöman ibn Bəşir idi. O, Muslimin Kufədə olduğunu və insanların Hüseyn üçün ona beyət etdiklərini bilməsinə baxmayaraq özünü bilməməzliyə vurur. Lakin, Nömanın ətrafında olanlardan bəziləri Yəzidin yanına gedərək Kufəlilərin Muslimə beyət etməsini və Nömanın da bu işə məhəl qoymamasını çatdırırlar.
Ubeydullah ibn Ziyadin Kufəyə əmir seçilməsi.
➖ Bunu bilən Yəzid, Nöman ibn Bəşirin əmirlikdən uzaqlaşdırılması qərarını verərək məsələni həll etmək üçün Bəsrə şəhərinin əmiri olan Ubeydullah ibn Ziyada Kufə şəhərinin də başçılığını verir. Ubeydullah gecə üzü bağlı halda Kufəyə daxil olarkən insanların onu Hüseyn (Allah ondan razı olsun) olduğunu düşünərək “xoş gəldin ey Peyğəmbərinﷺ qızının oğlu” dediklərini görür. Bundan o, işin ciddiliyinə və insanların Hüseyni (Allah ondan razı olsun) gözlədiklərinə əmin olur. Saraya daxil olaraq bu işə başçılıq edəni tapmaq üçün xidmətçilərindən biri olan Maqili göndərir. Maqil özünü guya Şam şəhərlərindən olan Humsdan üç min dinarla Hüseynin (Allah ondan razı olsun) köməyinə gəlmiş kimi göstərərək nəhayət Hani bin Urvanın evini tapır. İçəri daxil olan Maqil evdə Muslim ibn Aqili görür və ona beyət edərək üç min dinarı verir. Bir neçə gün onlarla bərabər qalıb sirlərini bildikdən sonra Ubeydullah ibn Ziyadın yanına qayıdır və onu məsələdən agah edir.