n2006

n2006 İslam Dini 2-04-2022, 14:00

Hz. Əlinin ən gözəl kəlamları

Hz. Əlinin ən gözəl kəlamları
İnsanlara faydası olmayanları ölülərdən sayın.

Ey insan, sənin üçün dünən geridə qalıb. Bir daha geri qayıtmaz. Sabahsa qeyri-müəyyəndir. Yaşadığın anı doğru qiymətləndir.

Dil çox iti bir qılıncdır. Qan tökmədən canı ağrıdar.

Gözəl bir xarakter gözəl bir üzdən daha uzunömürlüdür.

Əxlaqını gözəlləşdir ki, Allah hesabını yüngülləşdirsin.

Ən böyük eyib özündə olan eyiblə başqasını mühakimə etməkdir.

Düşünmə və sevinmə! Zamanın sənə nə qazandırıacağını bilmək olmaz.

Pis və günahkar insanlarla dostluqdan çəkinin, çünki pislik pisliyə qarışır.

Səbir iki hissədən ibarətdir; çətinliklərə səbr etmək gözəldir. Bundan gözəli isə haramlara qarşı səbrdir.

Özünü bəyənən və özündən razı olan biri çox kədər və ağrı çəkər.

İçinizdə həmişə insanlara qarşı sevgi və xeyirxahlıq olsun. Onlarla pis rəftar etməyin və onları danlamayın.

Özünü tanımayan hər kəs qurtuluş yolundan uzaqlaşar və cahillik və azğınlıq yoluna girər.

Xeyirli işləri sabaha saxlama. Sabah olar, sən olmazsan.

Söz ağzında olduğu müddətdə sənin əsirindir, ağzından çıxdıqda isə sən onun əsirisən.

Heç kimin səhvini üzünə vurmayın. O səhvi başqa adamdan nümunə gətirərək bildirin.

Öz övladını ədəbləndirdiyin kimi yetimi də ədəbləndir. Övladına təhsil verdiyin kimi yetimə də təhsil ver.

Yalançıların əsas xüsusiyyətləri bunlardır: əvvəlcə sənə dil tökürlər, çox şey vəd edirlər, sonra səndən imtina edirlər və daha sonra arxanca danışırlar.

Zamanının bir hissəsi keçmişə qaldı. Qalan günlərin sayı da bəlli deyil, fürsət düşdükcə çalış.

Bilik heç bir sərvətlə satın alınmaz. Buna görə cahil nə qədər zəngin olur olsun, ən kasıb alimlə belə müqayisəyə gəlməz.

Elm məclisi cənnət bağçasıdır.

Deyənə baxma, deyilənə bax.

Şöhrətpərəstlik və xəsislik yorğunluğun və çətinliklərin açarıdır.

Sükut yalan danışmaq və başqalarını mühakimə etməkdən daha yaxşıdır.

Həqiqət fikir ziddiyyətlərindən yaranır.

Söz dərmandır, azı yaşadır, çoxu öldürür.

Şərəfli və vacib bir vəzifəyə sahib olmaq üçün elmlə məşğul olun.

Qısqanclıq ruhun həbsidir.

Qısqanc insanlar heç vaxt rahatlıq və dinclik üzü görməzlər.

Qısqanclıq ən pis xəstəlikdir.

Yumşaq danış, sevilərsən.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1035 1020 899 872 856 818

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.