Azer2

Azer2 İdman 2-04-2022, 17:30

DÇ-2022-nin püşkü atıldı

DÇ-2022-nin püşkü atıldı
Dunən Qətərin paytaxtı Dohada DÇ-2022-nin püşkatma mərasimi keçirilib.

Püşkü dünyanın 8 məşhur veteran futbolçusu çəkib. Onlar Azərbaycan əsilli iranlı keçmiş oyunçu Əli Daei, Adel Ahmed Malallah (Qətər), Bora Milutinoviç (Serbiya), Kafu (Braziliya), Cey-Cey Okoça (Nigeriya), Lotar Matteus (Almaniya), Rabah Macer (Əlcəzair) və Tim Keyhildir (Avstraliya).

Püşkün nəticələrinə əsasən, 8 qrupun tərkibi aşağıdakı kimidir:

A qrupu

Qətər
Ekvador
Seneqal
Niderland

B qrupu

İngiltərə
İran
ABŞ
Şotlandiya /Ukrayna - Uels cütünün qalibi

C qrupu

Argentina
Səudiyyə Ərəbistanı
Meksika
Polşa

D qrupu

Fransa
Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya - Peru cütünün qalibi
Danimarka
Tunis

E qrupu

İspaniya
Almaniya
Yaponiya
Yeni Zelandiya - Kosta-Rika cütünün qalibi

F qrupu

Belçika
Kanada
Mərakeş
Xorvatiya

G qrupu

Braziliya
Serbiya
İsveçrə
Kamerun

H qrupu

Portuqaliya
Qana
Uruqvay
Cənubi Koreya

Qeyd edək ki, hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Pley-off mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək. Avropa zonası üzrə Şotlandiya - Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.

Əlavə edək ki, qrup mərhələsinin oyunları noyabrın 21-dən dekabrın 2-dək, 1/8 final 3-6 dekabr, 1/4 final 9-10 dekabr, 1/2 final 13-14 dekabr, 3-cü yer uğrunda görüş 17 dekabr, final isə18 dekabrda keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
569 604 508 506 524 563

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.