Azer2

Azer2 İdman 13-04-2022, 20:30

ÇL-də son yarımfinalçılar müəyyənləşir

ÇL-də son yarımfinalçılar müəyyənləşir
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Loading.az xəbər verir ki, 2-ci oyun günündə 2 görüş keçiriləcək. İlk matçda 3:1 hesablı qələbə qazanan "Liverpul" "Benfika" ilə bu dəfə İngiltərədə qarşılaşacaq. "Mançester Siti" isə ilk görüşdə 1:0 hesabı ilə məğlub etdiyi "Atletiko" ilə səfərdə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinalda "Liverpul" - "Benfika" cütünün qalibi "Vilyarreal" ilə, "Atletiko" (Madrid) - "Mançester Siti" görüşünün güclüsü isə "Real" ilə qarşılaşacaq.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

13 aprel

23:00. "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya)

Baş hakim: Serdar Gözübüyük (Niderland)

İlk oyun - 3:1

23:00. "Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə)

Baş hakim: Daniel Zibert (Almaniya)

İlk oyun - 0:1

12 aprel

23:00. "Real" (İspaniya) - "Çelsi" (İngiltərə) - 2:3 (ilk oyun - 3:1)

23:00. "Bavariya" (Almaniya) - "Vilyarreal" (İspaniya) - 1:1 (İlk görüş - 0:1)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
502 500 454 431 481 417

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.