n2006

n2006 Sağlamlıq 14-04-2022, 11:00

C vitamini əksikliyinin əlamətləri

C vitamini əksikliyinin əlamətləri
Vücudun ehtiyacı olan antioksidantları təmin edən C vitamini bəzi insanlarda əksik olur. Bəzi heyvanlar öz C vitaminini vücudları istehsal edə bilir, ancaq insanlar bu vitamini qidalardan əldə edirlər.

Bəzi sağlamlıq problemlərinə yol aça bilən C vitamini əksikliyinin əlamətləri nədir?

Askorbin asit olaraq da bilinən C vitamini, bəzi qidalarda mövcud olan suda həll olunan bir qidadır. Vücudda antioksidant vəzifəsini görür və hüceyrələri sərbəst radikalların səbəb olduğu zərərlərdən qorumağa kömək edir.

İnsanlar həmçinin siqaret dumanı, hava kirliliyi və günəşdən gələn ultrabənövşəyi işıq səbəbiylə sərbəst radikallara məruz qalırlar.

C vitamini dəmirin bitki qaynaqlı qidalardan sovrulmasını artırır və xəstəliklərə qarşı immuniteti qoruyur.

Bəs C vitamini əksikliyinin əlamətləri nədir?

Anemiya
Diş ətlərində qanama və şişmə
Burun qanaması
Dəri ləkələri
Oynaqlarda şişliklər
Yaraların sağalmaması və ya gec sağalması
Dəri quruluğu
Artıq çəki
Dəri qalınlaşması
Saçlarda quruluq, saçların gücsüzləşməsi
Diş minasının zəyifləməsi
Bir neçə həftə ərzində çox az C vitamini alan və ya heç almayan insanlarda bəzi xəstəliklər yarana bilər.

Hər gün ehtiyacınız olan C vitamininin miqdarı isə yaşınızdan asılıdır.

C vitamini hansı qidalarda mövcuddur?

Qırmızı bibər
Kivi
Yaşıl bibər
Portağal
Çiyələk
Brokoli
Ananas
Mango
Pomidor
Limon

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
360 344 329 303 355 374

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.