Sun.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg İslam Dini 3-08-2024, 18:25

Aşura günündə ən sonda şəhid olan şəxs kim olub?

Aşura günündə ən sonda şəhid olan şəxs kim olub?
Sun.Az xəbər saytı
Aşura günündə Bəni-Haşimdən olmayan səhabələr arasında ən sonda döyüş meydanına çıxmış şəxs Suveyd ibn Əmr ibn Əbil-Müta Ənmari Xəs’əmi idi.

Suveyd xeyli vuruşandan sonra aldığı yaralardan huşunu itirib yıxıldı. Düşmən əsgərləri onu ölmüş bilib əl çəkdilər.
Bəni-Haşim cavanları və nəhayət, İmam Hüseyn (ə) də şəhid olandan sonra Suveydin huşu özünə qayıtdı. Gözlərini açıb, “Hüseyn öldü!” – deyə sevinən düşmənləri gördü.

Qılıncı yanında olmadığı üçün belindəki bıçağı sıyırıb ayağa qalxdı və onlara hücum etdi. Əvvəlcə Ömər ibn Sədin əsgərləri qorxuya düşdülər, elə bildilər ki, bütün şəhidlər dirilib döyüşə başlayacaqlar.

Lakin az sonra Suveydin tək olduğunu görüb, onu mühasirəyə aldılar və hər tərəfdən üstünə zərbələr endirib şəhid etdilər. Beləliklə, Suveyd ibn Əmr Aşura şəhidlərinin sonuncusu sayılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
162 141 60 89 77 87

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.