n2006

n2006 Sağlamlıq 17-04-2022, 09:00

Sağlam dişlərə sahib olmaq istəyirsinizsə ...

Sağlam dişlərə sahib olmaq istəyirsinizsə ...
Sağlamlığın ən vacib göstəricilərindən biri diş sağlamlığıdır. Qədim dövrdə insanının sağlamlığı dişlərinə baxaraq anlaşılırmış. Müasir dövrümüzdə sağlamlıqla yanaşı, estetik baxımdan da dişlər mühüm əhəmiyyət daşıyır.

Sağlam dişlərə sahib olmaq istəyirsinizsə, məsləhətlərimizə qulaq asın
1. Yatmazdan əvvəl dişlər mütləq fırçalanmalıdır və bu müddət 2 dəqiqədən az olmamalıdır. Mikroblardan qurtulmaq üçün dilin üstü də fırçalanmalı, daha yaxşı nəticə əldə etmək üçün diş ipi və ağız yaxalayıcılarından istifadə olunmalıdır.
2. Hər 6 aydan bir stomatoloq müayinəsində olmaq lazımdır.
3. Müəyyən aralıqlarla diş daşları təmizlənməlidir.
4. Diş fırçanızı 2-3 ayda bir dəyişin.
5. Diş minəsinə zərər verə biləcəyi üçün diş qıcama, sıxma kimi vərdişlər nəzarət altına alınmalıdır.
6. Ağız və diş sağlamlığı üçün siqaretdən uzaq durun.
7. Hər yeməkdən sonra ağzınızı su ilə yaxalayın.
8. Alma, kök kimi meyvə və tərəvəzlər dişlənərək yeyilməlidir.
9. Süd, pendir kimi qidalar istifadə olunmalıdır.
10. Diş və diş ətlərinin sağlamlığı üçün gündə 1 stəkan yaşıl çay için.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
313 340 363 302 327 340

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.