n2006

n2006 Sağlamlıq 19-04-2022, 14:00

Kartofda zəhərli maddənin olduğunu necə bilməli? - Diqqət!

Kartofda zəhərli maddənin olduğunu necə bilməli? - Diqqət!
Təhlükəli alkaloid kartofu zəhərləyən maddədir. Bu maddə insan orqanizmi üçün təhlükəlidir. Təəssüf ki, hazırda qida üçün yararlı hesab olunub, satışda olan kartofda da bu maddə var.

LoaDinG.Az kartofda toksiki maddənin olmasını necə təyin etməyin yollarını təqdim edir. Kənd təsərrüfatı elmləri üzrə namizəd Stanislav Malçev kartofun zəhərli olub-olmadığını aydınlaşdırmaq üçün onu kəsəndə rənginə baxmağın vacib olduğunu deyib.

Kartof düzgün şəraitdə saxlanılmadıqda onun içində mərkəzində toksiki maddə - alkaloid yığılır.

"Kartofun nə qədər uzun saxlanma müddəti olsa da, onun da yararlıdıq dövrü var.

Əgər məhsul avqustun sonu yığılıbsa, o zaman aprelə kartof artıq köhnə hesan olunur. Kartof qaranlıq yerdə saxlanılıbsa, onun ancaq dad keyfiyyəti itir, əgər işıqlı, gün düşən yerdə qalıbsa, yanvar ayına kimi artıq bu kartofda toksiki maddə əmələ gəlir.

Əksər sortlar aprel-mnaya kimi qala bilir.

Yenə də saxlanma şəraitindən asılıdır. Əgər temperatur stabil olaraq 3-4 dərəcədə qalmayıbsa, yanvar ayına qədər bu kartof korlanacaq.

Kartof o halda təhlükəli olur ki, o işıqlı yerdə saxlanılıb. Bu zaman kartofun özəyi yaşıl rəng alır. Əgər belə yaşıllaşmna varsa, deməli onda gün işığının təsirindən xlorofil və təhlükəli alkaloid formalaşıb.

Belə kartofu almaq, yemək olmaz. Kartofu kəsib, təmizləyib, həmin yaşıl hissəni kəsib atmaqla toksiki zəhəri çıxarmaq praktiki olaraq, mümkün deyil. Yaşıl rəng almış kartofu soymağa, təmizləməyə, bişirməyə cəhd belə etməyin.

Qaynar suda belə bu maddə yoxa çıxmır. Bu kartof bütövlükdə atılmalıdır".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
458 378 446 390 379 424

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.