Azer2

Azer2 İdman 20-04-2022, 20:00

Salahdan yeni rekord

Salahdan yeni rekord
"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Loading.az "Opta"ya istinadən xəbər verir ki, misirli hücumçu buna ötən gecə turnirin 30-cu turunun "Mançester Yunayted"lə təxirəsalınmış oyununda (4:0) nail olub. Salah həmin qarşılaşmada dubl edib. Nəticədə oyunçu bu mövsüm "qırmızı şeytanlar"a vurduğu qolların sayını 5-ə yüksəldib. Beləliklə, Salah bir mövsümdə "Mançester Yunayted"ə 5 qol vuran ilk futbolçu adını qazanıb.

Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"un formasını geyinir. Onun klubla müqaviləsi 2023-cü ilə qədərdir. Forvard bu mövsüm 30 matçda 22 qol vurub və 12 qolun ötürməsini verib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
511 502 468 448 437 398

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.