aynure

aynure Sağlamlıq 23-04-2022, 08:32

Yumurtanın sarısı yaşıl rəng alıbsa, onu yemək olar? - FOTO

Yumurtanın sarısı yaşıl rəng alıbsa, onu yemək olar? - FOTO
Yumurta ən çox istehlak etdiyimiz məhsullardan biridir. Yumurta çox faydalı və müalicəvi məhsuldur.

Onun tərkibində olan vacib maddələr insan sağlamlığına çox ciddi müsbət təsir edir, xroniki xəstəliklərdən qorunmağa yardım edir.

Bəzən yumurta uzun müddət ərzində qaynayanda sarısı yaşıl rəng alır. Bəzi insanların fikrinə görə, belə yumurtanı yemək olmaz. Lakin bu belə deyil. Yumurta sarısının yaşıl rəng alması bişirilmə zamanı baş verən kimyəvi reaksiyanın nəticəsidir. Bildiyimiz kimi, yumurta dəmirlə zəngindir. Yumurta uzun müddət ərzində qaynayanda yumurtanın ağı ilə sarısı arasında dəmir sulfidi əmələ gəlir ki, nəticədə yumurtanın sarısı yaşıl rəng alır.

LoaDinG.Az bildirir ki, dəmir sülfidi ziyanlı deyil. Lakin uzun müddəd ərzində qaynayan yumurtanın faydası azalır. Mütəxəssislər yumurtanı təxminən 3-5 dəqiə ərzində qaynatmağı və kərə yağı ilə yeməyi tövsiyə edirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
455 348 378 368 371 364

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.