DeliBirHatun

DeliBirHatun Mətbəx 7-06-2022, 11:11

“Qarışqa yuvası” salatı

“Qarışqa yuvası” salatı
Xüsusi qonaqlarınız gəlir və süfrənizdə göz qamaşdıran salat istəyirsinizsə bu resept tam sizin üçündür.

Tərkibi:
150 qr toyuq filesi
1 ədəd pomidor
1 ədəd xiyar
100 qr bərk pendir
1 ədəd kartof
½ stəkan bitki yağı
duz
mayonez
1 diş sarımsaq

Hazırlanma qaydası:
İlk öncə kartofları çubuqlar şəklində (samanvari) rəndədən keçirin.

Kartofun nişastası yuyulsun deyə soyuq suyla yaxalayın.

Yuyulan kartof çubuqlarının kağız dəsmalının arasında suyunu çəkin.

Kartofları bol yağlı qazanda qızılı rəng olanadək qızardın. Bişən kartofları artıq yağı çəkməsi üçün mətbəx salfetinin üzərinə qoyun. Toyuq filesini duzlu suda bişirin və samanvari doğrayın.

Pendiri də rəndədən keçirin.

Xiyarı samanvari rəndədən keçirin.

Pomidorları kub şəklində doğrayın.

Bir qabda sarımsaq əzən arasından keçirilmiş 1 diş sarımsaq, rəndələnmiş pendir çubuqları və mayonez qarışdırın.

Dərin bir qabın içərisinə streç salafan sərin, mayonezli pendirli qarışıqdan töküb yayın. Üzərinə doğranmış pomidor töküb mayonez yaxın.

Bişmiş doğranmış toyuq filesi və yenə mayonez yaxın.

Xiyar çubuqları və yenə mayonez yaxın.

Salatı servis edəcəyiniz qabın üzərinə çevirin. Streç salafanı çıxarın və salatı bəzəyin. Qızardılmış kartof çubuqlarını salatın üzərinə səpin. Mayonezlə və gül şəklində kəsilmiş pendirlə bəzəyə bilərsiniz. Yarpaq şəkli üçün xiyardan istifadə edə bilərsiniz.
"Qarışqa yuvası" salatı hazırdır.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
443 406 471 465 417 420

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.