n2006

n2006 Məsləhətlər 11-06-2022, 16:00

Ətirin xarab olmağını necə anlamaq olar?

Ətirin xarab olmağını necə anlamaq olar?
Ətir seçimləri insanlara təsir etməkdə mühüm rol oynayır. Buna görə ətir istifadəsi və seçimi böyük önəm kəsb edir. Ətri qorumaq üçün xüsusi diqqət tələb olunur. Əks təqdirdə, qidalar kimi ətirlər də xarab ola bilər. Bəs uzun müddətli istifadə üçün ətri necə qoruyub saxlamaq gərəkdir?

Qalıcılığını ölçün




Ətrinizin qalıcılığını yoxlayaraq xarab olub-olmadığını anlaya bilərsiniz. Əgər ətir əvvəlki kimi qalıcılıq göstərmirsə, xarab olma ehtimalı çoxdur.

Qoxusunu yoxlayın



Ətrin qoxusunun keyfiyyətində hər hansı dəyişiklik varsa, bu onun xarab olmağa başlamasına işarədir. Ətir öz qoxusunu tamam itiribsə, plastik qoxusu verirsə, bu ondan xəbər verir ki, ətir artıq xarab olub.

Sıxlığının hansı durumda olduğuna baxın




Hər ətrin bir cür sıxlığı var. Bu sıxlıq ətrin xarab olub-olmadığını öyrənməyə kömək edə bilər. Ətrinizin sıxlığı daha da artıbsa, o xarab ola bilər. Ətrin sıxlığındakı dəyişiklik digər pozulma göstəricisi olan qalıcılığa da təsir göstərir.

Son istifadə tarixinə nəzər salın



Bir ətrin istifadə müddəti ortalama olaraq 3 ildir. Bu da, əlbəttə, ən yaxşı ehtimaldır. Ətrin son istifadə tarixinə baxaraq onun xarab olub-olmamasını öyrənə bilərsiniz. Məhsulun üzərindəki son iki rəqəm onun istehsal sayını göstərir.

Qapağını açıq saxlamayın



İstifadə etdikdən sonra ətrin qapağını bağlamaq vacibdir. Bu qapaqlar ətrin hava almaması üçün xüsusi şəkildə hazırlanır. Buna görə istifadə etdikdən dərhal sonra ətrin qapağını bağlamalısınız. Əks halda, xarab ola bilər.

Günəş işığından və istilikdən uzaq saxlayın



Günəş işığına və istiliyə məruz qalan ətirlər daha tez xarab olurlar. Buna görə ətri bu cür mühitlərdən uzaq saxlamalısınız. Ətri dolabın siyirməsinə qoymaq olar.

Lazım olarsa, buzxanada saxlayın



Tezktez istifadə etdiyiniz bir ətri yaxşı şəkildə qorumaq üçün buzxanada saxlaya bilərsiniz. Belə halda ətrin tərkibindəki kimyəvi maddələr və spirt daha yaxşı vəziyyətdə qalır.

Qarışığın homogen qaldığına əmin olun



Bu variant daha çox uzun müddət istifadə olunmayan ətirlər üçün keçərlidir. Gec-gec istifadə etdiyiniz ətrin şüşəsini hərdən çalxalayın. Belə olan halda ətrin sahib olduği qarışıq homogen qalar

Səyahətlərdə diqqətli olun



Səfərə çıxdıqda yanınızda apardığınız ətrə diqqət göstərin. Bunun üçün ətir çantası və ya şəxsi qulluq çantası istifadə edə bilərsiniz. Bunun sayəsində ətrin qapağının açılmasının və hava almasının qarşısını alarsınız. Bu üsulla həmçinin ətri günəş işığı və istilikdən qoruya bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
627 649 668 595 656 647

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.