n2006

n2006 Mətbəx 20-06-2022, 14:00

Ətsiz, Bol Göyərtili Yarpaq Dolması

Ətsiz, Bol Göyərtili Yarpaq Dolması
Süfrələrin bəzəyi olan yarpaq dolmasını ət olmadan da təzə göyərtilərin, təzə yarpaqların bol olduğu yaz aylarında hazırlaya bilərsiniz. LoaDinG.Az bol göyərtili yarpaq dolmasınn reseptini təqdim edir.

Tərkibi:

1 dəstə nanə
1 dəstə kəvər
1 dəstə şüyüd
1 dəstə göy soğan
1 dəstə keşniş
1 stəkan düyü
3 ədəd soğan
200 qram əridilmiş kərə yağı
150 ml su
istiot, sarıkök, duz
üzüm yarpağı (tənək)
Hazırlanma qaydası:

İlk öncə göyərtiləri yaxşıca yuyub süzün. Daha sonra göyərtiləri xırda doğrayıb dərin bir qaba tökün. Yuyulmuş düyünü də göyərtilərə əlavə edib. Soğanı xırda doğrayıb üzərinə duz töküb qarışdırın. Suyu çıxan soğanları sıxıb göyərtilərin üzərinə əlavə edin. Duz, istiot, sarıkök və əridilmiş kərə yağı töküb qarışdırın. Yarpaqları açıb içlikdən 1 dolu qaşıq qoyub bükün. Bu qaydayla iri halda bükülən dolmaları qazana düzün. Üzərinə 150 ml su töküb vam odda bişirin. Bişən dolmaları süfrəyə sarımsaqlı qatıqla birlikdə verə bilərsiniz.

Ətsiz, Bol Göyərtili Yarpaq Dolması





Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
702 634 612 663 678 611

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.