n2006

n2006 Mətbəx 20-06-2022, 16:43

Təzyiq Xəstələri Üçün Duzsuz Xiyar Turşusu

Təzyiq Xəstələri Üçün Duzsuz Xiyar Turşusu
Günbəgün hipertoniya (qan təzyiqi) , ürək çatışmazlığı və böyrək xəstəlikləri artır. Buna səbəb duzun istifadəsinin həddindən artıq olmasıdır. Bir halda ki, duz bu qədər ziyanlıdır, tərkibində çox yüksək miqdarda duz olan süfrənizin əvəzolunmazı TURŞULARDAN məhrum mu qalacağıq? Əlbəttə ki, xeyr..LoaDinG.Az turşu sevənlər üçün duzsuz xiyar turşusunun hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

10 ədəd kiçik ölçülü xiyar
yarım litr su
400 ml sirkə
3-4 xörək qaşığı şəkər tozu
7 dis xırda doğranmış sarımsaq
1 çay qaşığı xardal toxumu
1 xörək qaşığı şüyüd toxumu
1/4 çay qaşığı qırmızı pul bibər
yarım xörək qaşığı rozmarin (bibəriyə)
Hazırlanma qaydası:

Bir qaba su, sirkə, şəkər tozu, doğranmış sarımsaq, xardal toxumu, şüyüd toxumu, qırmızı pul bibər və rozmarini töküb 2-3 saat kənarda gözlədin. Bankanı qaynar su ilə sterilizə edin. Xiyarları yuyub sterilizə olunmuş bankaya yerləşdirin. Kənarda gözlətdiyiniz qarışığı bankaya dolana qədər doldurun. Qapağını bağlayıb 2-3 gün sərin bir yerdə saxlayın. 2-3 gün sonra soyuducuya yerləşdirin. 10 gün sonra duzsuz xiyar turşunuz hazırdır.



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
392 389 441 413 414 381

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.