n2006

n2006 Mətbəx 24-06-2022, 14:00

Ziyafət Süfrələrinizə Çox Yaraşacaq Düyü Salatı

Ziyafət Süfrələrinizə Çox Yaraşacaq Düyü Salatı
Düyü salatları bir çox ölkədə populyar bir qəlyanaltıdır. Bu dadlı salat ziyafət süfrəsi üçün də uyğundur. Düyü salatı ikinci yeməyi tamamilə əvəz edə biləcək bir yemək növüdür. LoaDinG.Az dadlı və doyurucu düyü salatının reseptini təqdim edir.

Tərkibi:


300 qr toyuq filesi
4 ədəd yumurta
300 qr konservləşdirilmiş qarğıdalı dənələri
2 ədəd təzə xiyar
yarım stəkan uzun düyü
yarım dəstə şüyüd
3 xörək qaşığı mayonez
2 xörək qaşığı xama
duz, istiot
Hazırlanma qaydası:

Toyuq filesini suda bişirib soyudun. Yumurtaları da suda bişirib qabığını soyun. Düyünü duz əlavə olunmuş suda qaynadıb süzün və soyuması üçün kənara qoyun. Fileni didin, xiyarları kub formasında doğrayın. Şüyüdü də xırda doğrayın. Bütün ərzaqları bir qabda qarışdırın. Üzərinə mayonez, xama, duz və istiot əlavə edib yaxşıca qarışdırın.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
468 458 450 465 402 401

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.