n2006

n2006 Mətbəx 3-07-2022, 10:30

Özbək Mətbəxinin Dadlı Salatı “Buxara”

Özbək Mətbəxinin Dadlı Salatı “Buxara”
Qızardılmış badımcan, pomidor və bibər ilə dadlı, iştahaçan salat hazırlamağı təklif edirik. Bu asan hazırlanan salat ət yeməyi üçün soyuq bir qəlyanaltı kimi təqdim edilə bilər. LoaDinG.Az Özbək mətbəxinin “Buxara” salatının reseptini təqdim edir.

Tərkibi:

600 qr rəngli bolqar bibəri
600 qr badımcan
250 qr pomidor
150 qr qırmızı soğan
3 diş sarımsaq
bir neçə budaq keşniş, yaşıl soğan
50 ml 10%-lik uksus
500 ml soyuq su
300-400 ml bitki yağı
Hazırlanma qaydası:

İlk öncə bibərləri və qırmızı soğanı halqa formasında doğrayın. Pomidor və badımcanları iri doğrayın. Sarımsaq və göyərtiləri də xırda doğrayın. Dərin bir qaba qırmızı soğan, bolqar bibərləri və pomidorları tökün. Üzərinə uksus, su və zövqə görə duz əlavə edib 15-20 dəqiqə marinə olması üçün kənarda saxlayın.
Doğranmış badımcanları bitki yağında bişirin. Daha sonra bişmiş badımcanları başqa qaba qoyub üzərinə xırda doğranmış göyərti və sarımsağı əlavə edib qarışdırın. Tərəvəzlərin üzərinə tökülmüş uksuslu suyu süzün. Marinə olunmuş tərəvəzləri badımcanın üzərinə əlavə edib qarışdırın.





Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
608 629 524 573 551 492

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.