Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - Nailə Əsgər-zadə
Rusiyalı jurnalist və teleaparıcı, ТЭФИ-2018 mükafatı laureatı – Nailə Vaqif qızı Əsgər-zadə 13 dekabr 1987-ci ildə Bakıda anadan olub və elə uşaqlıq illərini burada keçirmişdir. Volqoqradda xüsusi fransız məktəbini qızıl medalla bitirib. Volqoqrad dövlət universitetinin iqtisadiyyat fakultəsinə daxil oldu. İkinci təhsilini 2017-2019-cu illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda “Beynəlxalq maliyyə” magistr proqramı üzərində almışdır. Magistr dissertasiyasını “Rusiyanın maliyyə sektoru üçün sanksiyaların nəticələri”nə dair yazmışdır.

Nailə ТЭФИ-2018 mükafatını alan zaman
Əsgər-zadə Moskvaya köçərək НТВ-də yayımlanan iqtisadiyyat xəbərlərində təcrübə keçib, sonra «Коммерсантъ» nəşriyyatının iqtisadiyyat şöbəsindəki işi daxil olmaqla bərabər РБК-ТВ-də beynəlxalq redaktor işlədi (mart 2007-dən may 2010-dək). Daha sonra «Ведомости» qəzetinin iqtisadiyyat blokunda (may 2010-dan avqust 2011-dək) işləməyə keçdi. 2016-cı ilin 5 sentyabrından «Россия-1» kanalındakı «Вести в 20:00» buraxılışlarının iqtisadiyyat blokunun aparıcısıdır.
Əsgər-zadənin müsahibə aldığı şəxsiyyətlər arasında Ramzan Kadırov, milyarderlər Alişer Usmanov, Oleq Deripaska və Vladimir Potanin, Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin, Rusiyanın futbol üzrə yığma komandasının məşqçisi Stanislav Çerçesov, ukraynalı siyasətçi Viktor Medvedçuk, Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko və başqaları olmuşdur. Nailə öz müsahibələrinə diqqətlə hazırlaşır: XKX-nin rəhbəri S.Narışkin ilə süjet üçün tapançadan güllə atmağı və bilyard oynamağı öyrənmək və yaxud Ramzan Kadırovla süjetdə at üstündə getməyi, ya da Arkadi Rotenberq ilə konkisürməyi və xokkey oynamağı öyrənmək lazım gəlirdi.
Əsgər-zadə 2020-ci ilin aprel ayından bəri Rusiyada Novosibirsk «Вектор» laboratoriyasında vaksinin hazırlanmasına və COVID-19 ilə mübarizəyə həsr olunmuş “Təhlükəli virus” sənədli filminin çəkilişləri ilə məşğul olur. Bu çərçivədə eksklüziv müsahibələrlə, müalicə protokolları ilə və Rusiya hospitallarının “qırmızı zona”larından çəkilişlərlə bir neçə film çəkildi. “Təhlükəli virus” filminin buraxılışlarından birində N.F. Qamaleya (1859-1949) adına Milli tədqiqat epidemiologiya və mikrobiologiya mərkəzində daha sonra «Спутник V» adı ilə tanınan vaksinin yaradılması elan edildi. 25 oktyabr 2020-ci ildə nəhəng biznes nümayəndələrinin və məmurların Rusiya iqtisadiyyatının cari vəziyyətinə qiymətlər və növbəti il üçün proqnozlar verdiyi “Təhlükəli virus. Qurtuluş planı” filmi çıxdı. 2020 və 2021-ci illərin başa çatması ilə bu çərçivədə “Birinci il” və “İkinci il” yekun filmlər çıxdı. 30 iyun 2021-ci ildə “Vladimir Putinlə birbaşa bağlantı” proqramının aparıcısı oldu. Eyni ildə Əsgər-zadənin daha iki filmi «Россия-1» kanalında göstərildi.
Atası Vaqif Əsgər-zadə mühəndis-geofizik idi, sonra bizneslə məşğul oldu; anası Bakıdakı N.K. Krupskaya adına doğum evinin fiziologiya şöbəsində tibb bacısı işləyirdi. Babası 1-ci dərəcəli kapitan, böyük hərbi zavodun rəisi idi. Nailənin valideynləri 90-ci illərdə boşanıb, atası Bakıda qaldı, 2018-ci ildə vəfat etdi. Doğma bacısı İnarə Əsgər-zadə VTB-də işləyir. Əsgər-zadə ailə vəziyyəti barədə geniş məlumat vermir.