Owusu

Owusu İdman 15-07-2022, 10:00

“Qarabağ”ın 126 yaşlı rəqibi... - “Sürix”i yaxından tanıyaq

“Qarabağ”ın 126 yaşlı rəqibi... - “Sürix”i yaxından tanıyaq
Xəbər verdiyimiz kimi, ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" ikinci təsnifat mərhələsində İsveçrə çempionu "Sürix"lə qarşılaşacaq.

Eyniadlı şəhəri təmsil edən "Sürix" 1896-cı ildə yaradılıb. Komanda 13 dəfə İsveçrə Super Liqasının qalibi olub ki, bunlardan biri də son mövsümə təsadüf edib. Bundan başqa, "Sürix" 10 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.

"Sürix" UEFA Çempionlar Liqasında iki dəfə yarımfinala yüksələn yeganə İsveçrə komandasıdır. Bu, 1964 və 1977-ci illərdə baş verib. Komanda ev oyunlarını 26 min azarkeş tutumuna malik "Letziqrundd" stadionunda keçirir.

Başa çatan mövsümdə "Sürix" 13 illik fasilədən sonra çempionluğu bayram edib. "Şəhərlilər" buna 76 xal toplamaqla nail olub. Onu 62 xalla "Bazel" izləyib. Komandanı çempion edən isə baş məşqçi Andre Braytenrayter olub. Qazanılan uğura baxmayaraq, 48 yaşlı baş məşqçi "Sürix"dən ayrılaraq Almaniya Bundesliqasında çıxış edən "Hoffenhaym"ım "sükanı arxası"na keçib.

Bundan sonra "Sürix" rəhbərliyi Avstriya millisinin sabiq baş məşqçisi Franko Foda ilə anlaşıb. Komanda təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama matçı keçirib ki, bu oyunlarda da ən ciddi rəqib Almaniya "Ştutqart"ı olub. Görüş almanların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
382 405 345 406 382 386

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.