XAMLİYON__GÖZƏL

XAMLİYON__GÖZƏL Aforizm 7-08-2022, 14:33

Elm)

Elm)
[/b]Ləzzətlə yemədiyin yemək usandırıcı olduğu kimi, ehtirasla məşğul olmadığın elm də hafizəni korlayır: o, udduğunu mənimsəmək iqtidarında olmur. (Leonardo da Vinçi)
Müasir insan elmin qanadlarında elə uzaqlara uçmuşdur ki, özündən ayrı düşmüşdür. (Tur Xander)
Müdrik şəxs vəzifəli adamlara möhtac olmaya bilər. Amma vəzifəli şəxslər müdrik adama möhtacdırlar. (Mirzə Şəfi Vazeh)
Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər. (Frensis Bekon)
Nəzəriyyə elmin ruhu, təcrübə – bədənidir. Nəzəriyyəsiz fikir dənizində və faktın meşəsində asanlıqla azmaq olar. (D.İ. Mendeleyev)
Niyyət elm ilə əməl arasında bir vasitədir. (Nəsirəddin Tusi)
Nursuz göz kimidir elmsiz ürək,
Nadan insanlıqdan uzaqdır gerçək. (Əvhədi Marağayi)
Nursuz göz kimidir elmsiz ürək. (Əvhədi Marağayi)
Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər. (Sədi Şirazi)
Problemin düzgün qoyuluşu onun həllinin yarısıdır. (Əbu Turxan)
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz. (Nizami Gəncəvi)
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər uca rütbədən biliniz, fəqət,
Alimin rütbəsi ucadır əlbət. (Nizami Gəncəvi)
Riyaziyyat insan ruhunun divanəliyidir. (Uaythed)
Ruhun sirləri təbiət elmlərinin metodları ilə açılmalıdır. (Husserl)
Sən ancaq öyrənməklə ucalarsan. (Əvhədi Marağayi)
Şərafətli elm heç bir millətin malı deyil, kim ona yiyələnsə, onundur. (Cəlaləddin Əfqani)
Təbiət özü ahəng və gözəllik prinsipləri ilə qurulubsa, onu öyrənən elm də bu prinsiplərə sadiq qalmalıdır. (Əbu Turxan)
Tələbələrinə elm arzusu aşılamayan bir müəllim[/b]
Elm)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
661 732 594 652 621 685

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.