Bu həyatda nəyimiz var?
Bu sualı cavablayanda çoxumuz "maşın, ev, pul, şirkət" və s. şeylər düşünürük.
Bunlar hamısı pulla əldə olunacaq şeylərdir.
Bu gün sahiblənmək anlayışı o qədər pulla əlaqəlidir ki, ağlımıza başqa şey gəlməz.
Heç kəs "həyatda nəyə sahibsən?" sualına ilk olaraq
"dostumun etibarına,
valideynimin sevgi və hörmətinə, sağlam düşüncəvə, ağıla, biliyə, sevdiyim insanın rəğbət və inamına, övladlarımın sevgisinə" cavablarını verməz.
Halbuki bunlar da sahib olduğumuz, qazandığımız şeylərdir.
Nədən bu qazancları görmürük?
Qazancı yalnız rəqəm və sayla bağlayırıq?
Niyə bu qədər riyaziyyatla məşğuluq?
Bəlkə bir az da ədəbiyyata keçək?
Bir dostluq şeiri, sevgi nəğməsi deyək, ana laylası oxuyaq?
Axı bunlarla başlamışdıq dərslərə. Birdən-birə hamımız riyaziyyatçı, statistik olduq.
Nəyə sahib olduğumuz deyil, kimə, kimlərə sahib olduğumuz vacibdir. Əsl qazanc insanlardır.
Dostluqdan, sevgidən aldığımız mənəvi dəyərin ölçü vahidi yoxdursa, bu o demək deyildir ki, onlar dəyər olmaq haqqını itirir. Bəlkə bu dəyərlərin qiyməti ölçüyəgəlməz olduğundan heç kəs ona vahid təyin edə bilməmişdir?
Düşünün.....