Owusu

Owusu Məşhurlar 16-08-2022, 22:00

Ceyk Cillenhol

Ceyk Cillenhol
Ceyk Benjamin Cillenhol 19 dekabr 1980-ci ildə Kaliforniyada (ABŞ) doğulub. Rejissor Stefen Cillenhol və ssenarist Naomi Cillenholun oğludur. Atası Stefen ingilis və isveç əsillidir. Anası isə Nyu-Yorkdan olan yəhudi əsillidir. Ailəsinin kamera arxasında çalışması ona bu sahədə kömək olub. Onun ilk filmi 1991-ci ildə çəkilmiş "Şəhərin dostu" filmidir. Bundan sonra o, "Təhlükəli qadın", "Küçə həyatı" və sair filmlərə çəkilib. O aktyorluq karyerasına 10 yaşından başlayıb. Meggi Cillenhol adında özündən böyük olan bacısı da aktrisadır və onunla birgə "Donni Darko" filmində oynayıb. 1999-cu ildə ekranlara çıxan “Oktyabr səması” bioqrafik dramı Cillenhola dünya şöhrəti qazandırır. Bundan sonra gənc aktyor müxtəlif layihələrdə iştirak etmək təklifləri alır. Rejissor Roland Emmerihin qlobal kataklizmdən bəhs edən “Ertəsi gün” filmində, Sem Mendesin “Dəniz döyüşçüsü” filmində çəkilib. 2005-ci ildə rejissor Enq Linin kino tənqidçilər tərəfindən yüksək qiymətləndirilən “Qozbel dağ” filmində Cek Tvist rolunda çıxış edib. "Fars şahzadəsi: Zamanın qumları", “Düşmən” (2003), “Məhkumlar” (2013), “Patrul” (2012), “Everest” (2015) kimi filmlərdə rol alıb. Cillenhol 2015, 2017-ci illərdə Britaniya kino akademiyası mükafatına namizəd və 2006-cı ildə mükafata sahib olub. Həmin ildə “Oskar” mükafatına namizəd və 2011, 2015-ci illərdə “Qızıl Qlobus” mükafatına namizəd olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
431 441 389 431 430 438

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.