Elçin Cəfərov yeni doğulmuş körpəsi ilə
Xəbər verdiyimiz kimi, müğənni Elçin Cəfərov ata olub.
Loading.Az xəbər verir ki, oğul atası olan sənətçi bu gün körpəni xəstəxanadan çıxarıb:
“Təbriklərini çatdıran bütün sənət yoldaşlarıma və mənim üçün dəyərli olan izləyicilərimə ürəkdən təşəkkür edirəm. Hər ağızda bir dua var. Allah dualarınıza mükafat versin” deyə, Elçin bildirib.
Qeyd edək ki, E.Cəfərov xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailəlidir.






