Sun.Az - Həyat Hekayəni Yarat
reklam
n2006

n2006 Maskalar 18-08-2022, 12:55

Üz üçün soğan maskası – RESEPT

Üz üçün soğan maskası – RESEPT
Sun.Az xəbər saytı
Çoxları hesab edir ki, soğan maskası dəri üçün heç də ən yaxşı variant deyil. Əgər biz sizə desək ki, bu, kökündən yanlış münasibətdir?



LoaDinG.Az bildirir ki, soğan vitaminlərlə zəngindir, onun əsasında hazırlanan qarışığı isə bütün növ dəri üçün əlverişlidir.



Beləliklə, bizə baş soğan və limon lazımdır. Bundan əlavə, tənzif (üç qat), yaxud üz üçün xüsusi örtük (burun və göz üçün dəlik ilə) lazım olacaq.



Soğanı götürürük və təmizləyirik, iri doğrayıb əzirik. Alınan şirəni maska üçün istifadə etmək olar. O, yandıracaq, ancaq belə də olmalıdır. Tənzifi soğan şirəsi ilə nəmlədirik və tənzifi üzün dərisinə qoyuruq, 5-10 dəqiqə gözləyirik.



Nə üçün limon lazımdır: şirəsini sıxıb çıxarırıq və onu bərabər miqdarda soğan şirəsi ilə qatışdırırıq. Üz dərisi üçün maska kimi istifadə edirik.



Yeri gəlmişkən, şirəni sadəcə üzə sürtmək də olar. Pambığı da şirəyə batıraraq üzünüzə sürtə bilərsiniz. Qurumasını gözləyin və yenə çəkin. Beləcə dörd dəfə. Yarım saat sonra yuyunun.



Belə maska dərini bərpa edir. Soğan şirəsi maskasını 5 gün dalbadal istifadə edin. Hər dəfədən sonra qidalandırıcı maskadan istifadə etməyi də unutmayın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
389 381 328 393 342 325

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.