n2006

n2006 Xəbərlər 8-09-2022, 09:55

Bu gündən 40 nəfərə yaxın beynəlxalq səyahətçi Qarabağ və Şərqi Zəngəzura səfər edəcək

Bu gündən 40 nəfərə yaxın beynəlxalq səyahətçi Qarabağ və Şərqi Zəngəzura səfər edəcək
Bu gündən etibarən üç gün ərzində 20-dən çox ölkədən 40 nəfərə yaxın beynəlxalq səyahətçi Qarabağ və Şərqi Zəngəzura səfər edəcək.

LoaDinG.Az xəbər verir ki, heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Velidir.

Beynəlxalq səyahətçilər 3 gün ərzində avtomobillərlə- sentyabrın 8-də Şuşa-Ağdam, sentyabrın 9-da Füzuli-Xocavənd, sentyabrın 10-da Zəngilan (Ağalı kəndi)-Cəbrayıl (Xudafərin körpüsü) marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.

Qeyd edək ki, ötən 1 ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil edilib.

Xatırladaq ki, bu səfərlərdə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyahətçi iştirak edib. Bu sayca 4-cü analoji səfərdir və bu dəfə heyətdə daha çox ölkədən nümayəndələr iştirak edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
317 281 240 257 306 291

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.