n2006

n2006 Xəbərlər 9-09-2022, 22:50

Ukrayna Silahlı Qüvvələri cənub istiqamətində yeni əraziləri azad edib

Ukrayna Silahlı Qüvvələri cənub istiqamətində yeni əraziləri azad edib
Cənubdakı Ukrayna qüvvələri Rusiya hərbçilərinin nəzarətində olan mövqelərə doğru daha bir neçə kilometr irəliləyib.

LoaDinG.Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk deyib. Onun sözlərinə görə, cənub istiqamətində yeni şad xəbərlər var:

“Biz irəliləyirik, bu, göz qabağındadır. Azad etdiyimiz yaşayış məntəqələri, uğur qazandığımız istiqamətlər var. Lakin hələ ki, onların adlarını açıqlamırıq”, - o bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna ordusunun Xarkov və Xerson vilayətlərində əks-hücum əməliyyatları zamanı müəyyən uğurlar əldə etdiyini bildirib.

Xatırladaq ki, Ukrayna Müdafiə Qüvvələri Xarkov və Yujnobuqski istiqamətində 700 kvadrat kilometrdən çox ərazini Rusiya işğalından azad edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
296 299 295 356 241 230

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.