Heç gözləmədiyim anda gəldin həyatıma həmdə həyatımın tam mərkəzində yer elədin özünə


Heç gözləmədiyim anda gəldin həyatıma həmdə həyatımın tam mərkəzində yer elədin özünə. Hansı ki sən bu yaşıma qədər kimsənin döyməyə cəsarət edə bilmədiyi qəlbimin gizli qapısını dəvətsiz bir qonaq kimi döydün. Əvvəlcə eşitməməzlikdən gəldim o döyüntünü, qaçmağa çalışdım, amma olmadı... Sən o sadəliyinlə o qapını döyərkən sənə qarşı səssiz qala bilməzdim. Günü gündən bağlandım sənə. Hansıki həyatımda ən qorxduğum şey sənə bağlanmaq idi, çünki bilirdim, əmin idim bir gün gedəcəyinə.
Sən tam başqa bir mövsümün çiçəyisən, mənsə son bahar. Qaçıb qurtulmağa çalışdıqca daha çox batıram bu girdaba. Yoxdurmu bir qurtuluşum? Adı eşqdimi bu bağlantının? Xeyr, eşq olmamalıdır, mən həmişə eşqdən qaçdım. Məni belə qəfil gözləmədiyim anda tuta bilməz.
Əslində bilirsənmi,qəlbimin səndən əvvəlki qonağıda belə dəvətsiz gəlmişdi. Özlüyümdə qəlbimdəki qonağa hörmətsizlik etməmişdim amma niyə bilmirəm gedərkən məni yandırıb getdi. İndilərdə ayaqda durmağa çalışdığımı düşünərkən indi də sən ? Yox, olmaz qəlbimə ikinci dəfə bu acını yaşada bilmərəm. Bir dəfə düşdüm bu çuxura hələ də acısını çəkirəm, unutmağa çalışıram amma olmur. Kaş ki bilsəydim heç olmasa SƏN sevgimə layiq olacagsan, razıyam səndən gələn hər kədərə, hər əzaba dözməyə, amma bilmirəm. Tək bildiyim odur ki, sən də gec ya da tez məni tək qoyub gedəcəksən. Artıq tək qalmaq istəmirəm, xəyal qırıqlığına yuvarlanmaq istəmirəm artıq.
Bəli qorxdum sənə bağlanmaqdan və qorxduğum da başıma gəldi. Get, gec olmadan get, işin harasından dönsən xeyirdir, sənə daha çox bağlanıb sevmədən get. Ürəyimə daş basıb dözərəm. Heç girmə qəlbimə, sakit, səssiz get. GETMƏYƏCƏKSƏNSƏDƏ ÖYRƏT MƏNƏ SƏHVSİZ SEVGİNİ LAP BAŞDAN!
Keçmişə baxıram SƏNi görürəm,
Dağ vüqarın yenə qarşımda durub.
Həzinlik qəlbimə gətirsədə qəm,
Sanırdım yaddaşım səni unudub.
Taleyin qisməti rast saldı bizi,
Yolumuz hardasa qırılacagsa,
İtirəcəyiksə bir-birimizi.
Xatirəm yadında qalmayacagsa,
O illər mənimki olmayacagsa,
Sən ALLAH özünə öyrətmə məni
Hicran qorxusuyla göynətmə məni.
Dağ vüqarın yenə qarşımda durub.
Həzinlik qəlbimə gətirsədə qəm,
Sanırdım yaddaşım səni unudub.
Taleyin qisməti rast saldı bizi,
Yolumuz hardasa qırılacagsa,
İtirəcəyiksə bir-birimizi.
Xatirəm yadında qalmayacagsa,
O illər mənimki olmayacagsa,
Sən ALLAH özünə öyrətmə məni
Hicran qorxusuyla göynətmə məni.