n2006

n2006 Xəbərlər 11-09-2022, 16:31

Ukrayna hərbçilərinin Xarkovda azad etdiyi qəsəbələrin sayı 40-a çatıb

Ukrayna hərbçilərinin Xarkovda azad etdiyi qəsəbələrin sayı 40-a çatıb
Ukrayna hərbçiləri artıq Xarkov vilayətində 40-a yaxın yaşayış məntəqəsini azad edib.

LoaDinG.Az xəbər verir ki, bunu Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.

"Biz Çuquyev, Kupyansk və Balakleyski rayonlarının əhəmiyyətli hissəsini azad etmişik. Bizim hərbi bölmələrimiz Kupyanska daxil olub, İzyum rayonunun yaşayış məntəqələrinin azad edilməsi əməliyyatı davam edir. Bu yaşayış məntəqələri artıq onlarladır. Bu gün 40-a yaxın yaşayış məntəqəsinin azad olunduğunu deyə bilərik, lakin əslində daha çoxdur”, - o deyib.

O.Sinequbov Ukrayna Silahlı Qüvvələrinin davam edən hərbi əməliyyat maraqlarını nəzərə alaraq işğaldan azad edilən yaşayış məntəqələrinin dəqiq sayını söyləməyin mümkün olmadığını bildirib.

O, əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri ümumilikdə şimal, şimal-şərq istiqamətində öz mövqelərini saxlayır.

"Düşmən daim onlara hücum etməyə, yarıb keçməyə çalışır, bütün növ silahlarla hücuma keçir. Bunlar həm raket zərbələridir, həm də çoxsaylı reaktiv yaylım atəş sistemləri və top artilleriyasıdır, bizim mövqelərimizə hava zərbələri endirirlər", - o qeyd edib

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
295 261 271 271 268 299

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.