n2006

n2006 Xəbərlər 14-09-2022, 13:05

Şəhid Xəyal Süleymanovun nəşi Şəmkirdə torpağa tapşırılıb

Şəhid Xəyal Süleymanovun nəşi Şəmkirdə torpağa tapşırılıb
Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəyal Elxan oğlu Süleymanov Şəmkir rayonunda dəfn edilib.

LoaDinG.Az`ın Qərb bürosunun məlumatına görə, 26 yaşlı şəhidimiz doğulub boya-başa çatdığı rayonun Şeyidlər kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə X.Süleymanovun yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, rayon sakinləri və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. X.Süleymanov düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
339 291 282 347 331 253

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.