ice berg

ice berg Şeirlər 24-10-2022, 19:00

Hamıdan çıxıb getməkdir ömür

Hamıdan çıxıb getməkdir ömür

Bir də görərsən ki
yanındakı bir neçə heç kimdən ibarətmiş ömür.
Mən bilirdim biryolluq hamıdan çıxıb getməkdi ömür
sən belə gözləmirdin...
Ömür elə təkadamlıq xarabmış
ömür elə bu küçəymiş
bu divarmış
bu yolmuş.
Bir də görərsən ki
heçnəyin adı yoxmuş,
hər gün elə təkrar-təkrar nimdaş ağrılarmış
gündüzlər-adsız yorulmaqmış
gecələr-kimsəsiz ovunmaqmış ömür...
Adı yoxmuş bu küçənin,
küçədəki o ağacın,
ağacdakı o quşun,
mən bilirdim mahnısının susmaq olduğunu bayquşun,
sən belə gözləmirdin...
Adı yoxdu nə dostun köhnəsinin
nə sevdanın təzəsinin,

mən bilirdim
mən bilirdim allah dediyin necə allahsız eyləyir bəndəsini
sən belə gözləmirdin...
Bircə qalıb birtəhər
lap birtəhər-birtəhər ömrü başa vurmaq,
mən bilirdim necə olur adamlardan yorulub
əşyalara tutunmaq
düzü,
heç özüm də belə gözləmirdim...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
502 479 551 482 467 526

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.