ice berg

ice berg Şəkillər 29-10-2022, 02:36

Kömürlə yaradılan ağ-qara GÖZƏLLİK

Dünyada çox gözəl əsərlər yaradan rəssamların sayı getdikcə artır, lakin hər kəs ətraf aləmi realistik əks etdirməyi bacarmır.

LoaDinG.aZ xarici mətbuata istinadən oxucuları Nigeriyadan olan Meyor Olajide adlı rəssamın əsərləri ilə tanış etmək istəyir.

Ən maraqlısı odur ki, Olajide bu rəsmləri boya, yaxud qələmlə yox, kömürlə yaradır.

Kömür qələmlərdən istifadə etdiyi üçün onun əsərləri ağ-qaradır və kamera ilə çəkilən ağ-qara fotolardan fərqlənmir.

5 yaşında çəkməyə başlayan Meyorun ailəsində, hətta tanışlarının arasında sənət adamı olmayıb. Lakin bu həvəs onun həyatının ayrılmaz hissəsinə çevrilib. Rəssam öz işini pul və şöhrət xatirinə etməyib. O, sadəcə insanları maksimal dərəcədə real çəkməyə çalışıb və bunun üzərində illərlə işləyib.

17 yaşında Meyorun əsərləri insanların diqqətini çəkməyə başlayıb. Olajidenin sözlərinə görə, yaradıcılıq onun həyatını dəyişib, uğur və bolluq gətirib. Lakin bunların heç biri olmasaydı da, rəssam şəkillərdən əl çəkməyəcəyini etiraf edib


Kömürlə yaradılan ağ-qara GÖZƏLLİK



























Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
549 486 546 502 474 508

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.