n2006

n2006 Xəbərlər 29-10-2022, 14:52

Qeyri-sabit, yağıntılı hava şəraiti oktyabrın 30-dək davam edəcək

Qeyri-sabit, yağıntılı hava şəraiti oktyabrın 30-dək davam edəcək
Azərbaycanda müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti oktyabrın 30-dək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən LoaDinG.Az`a verilən məlumata görə, oktyabrın 30-u gündüz, 31-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Müşahidə olunan faktiki havaya gəlincə, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, Qrızda qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 57.0 mm, Astarada 25.0 mm, Altıağacda 20.0 mm, Lerikdə 18.0 mm, Yardımlıda 17.0 mm, Qəbələdə 15.0 mm, Göytəpə, Xaltanda 10.0 mm, İsmayıllıda 9.0 mm, Şabranda 7.0 mm, Qobustanda 6.0 mm, Şamaxıda 5.0 mm, Neftçala, Salyan, Quba, Oğuzda 4.0 mm, İmişli, Sabirabad, Biləsuvar, Qusarda 3.0 mm, Ağsu, Cəfərxan, Qrızda 2.0 mm, Ordubad, Ağdam, Şəki, Tərtər, Xaçmaz, Beyləqanda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Bakıda 2.0 mm, Maştağada 1.0 mm-dək olub.

Şimal-qərb küləyi Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
301 409 273 381 317 269

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.