n2006

n2006 İdman 30-10-2022, 19:05

Azərbaycan Premyer Liqası: "Qarabağ" ardıcıl 11-ci qələbəsini qazanıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" ardıcıl 11-ci qələbəsini qazanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

LoaDinG.Az`ın məlumatına görə, günün ilk matçında "Şamaxı" "Qarabağ"ı qəbul edib. Şamaxı şəhər stadionundakı görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 51 və 90+3-cü dəqiqələrdə Musa Qurbanlı, 56-cı dəqiqədə Elvin Cəfərquliyev və 90+5-ci dəqiqədə Cəlal Hüseynov (avtoqol) vurub.

Ardıcıl 11-ci qələbəsini qazanan Ağdam klubu 33 xalla liderliyini davam etdirir. 4 xalı olan "Şamaxı" isə 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, XII turun digər matçlarında "Turan Tovuz" "Sumqayıt"ı 1:0, "Kəpəz" "Səbail"i, "Neftçi" isə "Zirə"ni 3 cavabsız qolla üstələyib. Tura bu gün keçiriləcək "Sabah" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
362 368 374 321 343 404

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.