n2006

n2006 Xəbərlər 31-10-2022, 16:58

DİN Sabirabadda 17 yaşlı qızın ərə verilməsinə münasibət bildirib

DİN Sabirabadda 17 yaşlı qızın ərə verilməsinə münasibət bildirib
"Sabirabad rayonunda 17 yaşlı qızın ərə verilməsi faktı ilə bağlı Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub".

Bu barədə LoaDinG.Az`a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov deyib.

O bildirib ki, polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıb və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb:

"Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Valideynləri isə yalnız nişan mərasiminin keçirildiyini, övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
296 325 250 297 304 272

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.