n2006

n2006 Xəbərlər 1-11-2022, 09:03

Tayvan sahillərində yük gəmisi batıb, 12 nəfər itkin düşüb

Tayvan sahillərində yük gəmisi batıb, 12 nəfər itkin düşüb
Panama bayrağı altında sement daşıyan yük gəmisi Tayvanın qərb sahillərində batıb.

LoaDinG.Az xəbər verir ki, Çinin Mərkəzi Televiziyası qəza zamanı 12 nəfərin itkin düşdüyünü bildirib.

Hadisə bazar ertəsi axşam saatlarında Çjanxua şəhərinin sahil sularında baş verib. Yerli hakimiyyət orqanları əməkdaşlarının fikrincə, qəzaya səbəb əsas mühərrikdəki texniki nasazlıq olub.

Hadisə zamanı gəmidə 17 nəfər olub. Onlardan beşini yaxınlıqdakı gəmilərin köməyi ilə xilas etmək mümkün olub. Tayvan patrul gəmiləri axtarış-xilasetmə əməliyyatı üçün hadisənin baş verdiyi əraziyə göndərilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
319 294 262 237 281 298

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.