Göbələkli Qarabaşaq Kotleti
Qarabaşaq kotleti tez hazırlanan və faydalı pəhriz yeməyidir. LoaDinG.Az göbələkli qarabaşaq kotletinin reseptini təqdim edir.
Tərkibi:
250 qr qarabaşaq
300 qr göbələk
150 qr soğan
1 çay qaşığı nişasta
göyərti
duz, istiot
Hazırlanması:
İlk öncə qarabaşağı bişirin və blenderdən keçirin. Soğanı xırda doğrayıb yağda qızardın. Üzərinə xırda doğranmış göbələyi də əlavə edib qovurun. Göbələklə qovrulmuş soğanı da blenderdən keçirin. Bir qabda blenderdən keçirilmiş qarabaşaq və göbələkli soğanı qarışdırın. Üzərinə xırda doğranmış göyərti, duz, istiot və nişasta əlavə edib yaxşıca qarışdırın. Kotletlər hazırlayıb tavada qızardın.
Nuş Olsun!