n2006

n2006 Məsləhətlər 8-11-2022, 20:00

Saxta Düyünü Bu 4 Testlə Ayırd Edin

Saxta Düyünü Bu 4 Testlə Ayırd Edin
Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da düyü olduqca sevilən bir qidadır. Düyüdən plov, sıyıq hazırlanır, dolmalara və bir çox yeməklərdə istifadə olunur. Biz düyünü bu qədər istifadə etdiyimiz halda aldığımız düyünü seçərkən çox diqqətli olmalıyıq. Bunun sağlamlığımız üçün nə qədər vacib olduğunu heç vaxt unutmamalıyıq.LoaDinG.Az -ın verəcəyi üsullarla saxta düyünü ayırd edə bilərsiniz.

Su testi



Bişməmiş bir xörək qaşığı düyünü bir stəkan soyuq suya qoyun. Əgər düyü tamamilə suyun altına çökübsə saxta deyil. Yox, əgər düyü dənələri suyun üzünə çıxarsa saxta düyüdür. Diqqətli olun!

Odla test (Evdə sınadıqda EHTİYYATLI olun)



Bir az düyünü alışqan və ya kibritlə yandırmağı sınayın. Əgər qəfil alışsa , bilin ki, saxtadır.

Həvəngdəstə testi



Əgər bir həvəngdəstə köməyi ilə bir neçə düyü dənəsini əzdikdə ağappaq bir toz halına gəlirsə saxta deyil. Yox, əgər tozda bir sarılıq varsa, bu plastikdir.

Kif Testi



Bir ovuc düyünü suda bişirin. Bişmiş düyünü hava keçirməyən bir qabın içərisinə qoyub günəşli bir yerdə saxlayın. Bir neçə gün sonra qapağını açdıqda kiflənməyibsə deməli saxtadır, bildiyiniz plastikdir, market torbasıdır o! Unutmayın ki, təbii düyü kiflənir.

Sağlamlığınızın Qeydinə Qalın !

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
359 451 434 443 426 371

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.