ice berg

ice berg Hekayələr 12-11-2022, 14:59

Atalar ağlamır..Atalar çarəsiz qalır

Atalar ağlamır..Atalar çarəsiz qalır
Oturub sakitcə dənizə baxırdım. Baxdım bir dayı sahilə yaxınlaşır, həm də geyimdə. Nədənsə içimdə narahatçılıq yarandı..
Bəlkə alışmışıq insanları çimərlik paltarında görməyə , bəlkə də dayının beli bükülmüş, qəmgin halı məni tədirgin etdi ..
Dayı dənizə doğru getdikcə özümdən asılı olmayaraq ayağa qalxdım. Çünki elə əynindəki paltar ilə,ayaqqabı ilə dənizə girməyə hazırlaşırdı.
Bu da mənə normal gəlmirdi.
Aramızdakı məsafə çox uzaq olduğundan addımlarımı sürətləndirməyə başladım. Dayı artıq dənizdə idi..
Həm də üzməyi o qədər də yaxşı bacarmadığım üçün ətrafa, arxaya baxırdım ki, köməyə kimsəni çağırım.
Mən dənizə çatanda dayı artıq boğazına kimi suyun içində idi.
Birdən mənə sarı dönərək əli ilə gəlmə dedi və mənə tərəf gəlməyə başladı..
Gəldi oturdu sahildə, mən də oturdum yanında.
Heç nə danışmadıq bir xeyli..
Sonra sakitcə dönüb mənə dedi ki..
Qızım narahat olma, mən 2 ildir bura Oğlumu ziyarətə gəlirəm
2 il öncə oğlu dənizdə həlak olub və tapılmayıb.
Nə deyim bilmədim ..
Çay süzdüm içdik .. xeyli söhbət elədik.
Çox ziyalı insan idi.
İllərlə geoloq çalışıb. Bir çox ölkələrdə olub.
Birdə mənim yerlim çıxdı.
Dedi bircə dənə də arzum qalıb gedim Kəlbəcərdən Göyçə mahalına baxım..Vətənimi uzaqdan görüm heç olmasa.
Dedi ..
Hər şeyi sıfırdan başladım ,oxudum, çalışdım , həyatın heç bir çətinliyi məni sındıra bilmədi.
Bircə oğul dərdi belimi bükdü.
Dedi ölənə kimi gələcəm bura.. oğlumun yanına.
Bəlkə də mən bu gün işə gedərkən yoldan qərar dəyişib dənizə getməyimin səbəbi onunla tanışmaq idi..
Axı heç nə təsadüf deyil bu həyatda
Mən bu günlük dərsimi aldım..
BİRCƏ SEVDİKLƏRİMİZ SAĞ SALAMAT YANIMIZDA OLSUN.
QALAN HƏR ŞEY ALINAR, TƏMİR EDİLƏR, ATILAR
(c)AzLady Western

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
488 485 488 353 423 452

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.