n2006

n2006 Maskalar 14-11-2022, 18:30

Botoksa ehtiyac yoxdur, qırışlarınızı...-oxuyun

Botoksa ehtiyac yoxdur, qırışlarınızı...-oxuyun
Üzünüzdəki qırışları nişasta (kraxmal) maskası ilə yox edə bilərsiniz. Bu maska qırışlarla yanaşı ləkələrlə də mübarizə aparır. Nişasta üzünüzdəki yorğunluğa xeyirli təsir göstərəcək, qırışları yox edəcək, dərinizi nəmləndirəcək.

Hazırlanması: 1 xörək qaşığı kartof nişastasını yarım stəkan suda həll edin. Sonra qarışığı kiçik bir qazana və ya dəmir qaba tökün, üzərinə 500 ml su əlavə edib qatılaşana qədər qaynadın.

Sonra qarışığın üzərinə 5 xörək qaşığı təzə sıxılmış kök suyu və 1 xörək qaşığı smetan əlavə edin. Maskanı yaxşıca qarışdırın. Hazır olandan sonra üzünüzə qalın şəkildə tətbiq edin və 20-25 dəqiqə saxlayın.

Sonra üzünüzü isti su ilə yuyun və krem çəkin. Maskanın qalan hissəsini soyuducuda saxlaya, 3 gün ərzində istifadə edə bilərsiniz.

Maskanı 3 gün mütəmadi etməlisiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
575 478 508 486 437 457

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.