Owusu

Owusu Sağlamlıq 17-11-2022, 07:00

Qışda immunitetinizi gücləndirmək üçün bu cövhərdən isitifadə edin

Qışda immunitetinizi gücləndirmək üçün bu cövhərdən isitifadə edin
Hazırlanması çox sadə olan bu cövhərin insan orqanizmi üçün faydaları sayılmaqla bitməz. Ən başlıcası bu cövhər vaxtsız qocalmanın qarşısını alır. O, ürəyin fəaliyyətini yaxşılaşdırır, qan təzyiqini normallaşdırır, bütün daxili orqanlara müsbət təsir göstərir, orqanizmin zərərli maddələrdən təmizlənməsinə yardımçı olur.

LoaDinG.Az xəbər verir ki, bu çövhərin ən faydalı xüsusiyyətlərindən biri isə qış fəslində bizi gözləyən xəstəliklərə qarşı mübarizə etmək üçün orqanizmdə immun sistemini gücləndirir.

Cövhərin hazırlanması çox sadədir. Bunun üçün aşağıdakılar lazımdır:

Kərəviz – 3 kiloqram

Bal – 400 qram

Sarmısaq – 400 qram

Qıtıqotu (xren) – 400 qram

Limon – 8 ədəd

Alma – 2 ədəd

Bütün bunları ət maşını və ya üyüdücü (blender) vasitəsi ilə əzib xırdalamaq və yaxşıca qarışdırmaq lazımdır. Alınmış kütlə 50 dərəcəyə qədər olan odda qarışdırıla-qarışdırıla qızdırılmalı və qayamadan odun üstündən götürülməlidir. İki gün sərin yerdə saxlanıldıqdan sonra alınmış qarışığın şirəsi çəkilməlidir. Bununla da sağlamlıq cövhəri hazırdır. O, şüşə qablara süzülərək soyuducuda saxlanılmalıdır.

Bu möcüzəvi faydalı cövhəri gündə iki dəfə yeməkdən 20 dəqiqə əvvəl 1 çay qaşığı qəbul etmək lazımdır.

Qarşıdan gələn soyuq qış günlərini sağlam və gümrah keçirmək, yeni ilinizi xoş ovqatla qarşılamaq istəyirsinizsə tənbəllik etmədən sağlamlıq cövhərini hazırlayın və faydalarından yararlanın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
439 440 396 509 410 420

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.