Kukulka

Kukulka Sağlamlıq 7-12-2017, 18:53

Soyuq havalarda vitaminləri əvəz edən MÖCÜZƏVİ CÖVHƏR

Soyuq havalarda vitaminləri əvəz edən MÖCÜZƏVİ CÖVHƏR
Soyuq havalarda vitaminləri əvəz edən MÖCÜZƏVİ CÖVHƏR





Hazırlanması çox sadə olan bu cövhərin insan orqanizmi üçün faydalarını sayılmaqla bitməz. Ən başlıcası bu cövhər qış mövsümündə, soyuq havalarda sağlamlıq üçün əvəzolunmaz bir vasitədir.

Bu çövhərin ən faydalı xüsusiyyəti ondan ibarətdir ki, soyuq havalarda bizi gözləyən xəstəliklərə qarşı mübarizə etmək üçün orqanizmdə immun sistemini gücləndirir.

Loading. Az. Modern.az-a istinadən bildirir ki, cövhərin hazırlanması çox sadədir. Bunun üçün aşağıdakılar lazımdır:

Kərəviz - 3 kiloqram
Bal - 400 qram
Sarmısaq - 400 qram
Qıtıqotu (xren) - 400 qram
Limon - 8 ədəd
Alma - 2 ədəd

Bütün bunları ət maşını və ya üyüdücü (blender) vasitəsi ilə əzib xırdalamaq və yaxşıca qarışdırmaq lazımdır. Alınmış kütlə 50 dərəcəyə qədər olan odda qarışdırıla-qarışdırıla qızdırılmalı və qaynamadan odun üstündən götürülməlidir. İki gün sərin yerdə saxlanıldıqdan sonra alınmış qarışığın şirəsi çəkilməlidir. Bununla da sağlamlıq cövhəri hazırdır. O, şüşə qablara süzülərək soyuducuda saxlanılmalıdır.

Bu möcüzəvi faydalı cövhəri gündə iki dəfə yeməkdən 20 dəqiqə əvvəl 1 çay qaşığı qəbul etmək lazımdır.

Qarşıdan gələn soyuq qış günlərini sağlam və gümrah keçirmək, yeni ilinizi xoş ovqatla qarşılamaq istəyirsinizsə, tənbəllik etmədən sağlamlıq cövhərini hazırlayın və faydalarından yararlanın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
703 712 633 537 531 617

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.