n2006

n2006 Xəbərlər 17-11-2022, 09:00

Argentina yığması yoldaşlıq görüşündə BƏƏ millisini darmadağın edib

Argentina yığması yoldaşlıq görüşündə BƏƏ millisini darmadağın edib
Noyabrın 16-da Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Argentinanın futbol üzrə milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

LoaDinG.Az xəbər verir ki, görüşdə hesab 17-ci dəqiqədə açılıb. Xulian Alvares Lionel Messinin ötürməsini qola çevirib.

Bundan 8 dəqiqə sonra Anxel di Mariya komandasının hesabdakı üstünlüyünü artırıb, 36-cı dəqiqədə isə dubl edib. Qarşılaşmanın 44-cü dəqiqəsində Lionel Messi fərqlənib. 60-cı dəqiqədə Rodriqo de Paulun dəqiq ötürməsindən sonra Xoakin Korrea görüşün yekun hesabını Argentinanın xeyrinə müəyyənləşdirib – 5:0.

Qeyd edək ki, Argentina dünya çempionatı çərçivəsində növbəti oyununu keçirəcək. Noyabrın 22-də milli Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
350 330 298 300 294 310

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.