Gulusum

Gulusum Xəbərlər 21-11-2022, 15:18

İlham Əliyev ICAPP-ın Baş katibini qəbul edib

İlham Əliyev ICAPP-ın Baş katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının (ICAPP) Baş katibi Cho Byunq-jaeni qəbul edib




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının (ICAPP) Baş katibi Cho Byunq-jaeni qəbul edib.

LoaDinG.az xəbər verir ki, qonaq Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə dövlətimizin başçısını təbrik edib. O, Partiyanın əldə etdiyi uğurlar və ölkəmizin qazandığı mühüm nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Dövlətimizin başçısı xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirib.

Görüşdə ICAPP-ın sabah Bakıda keçiriləcək “Sülh və təhlükəsizlik: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı ölkəmizin Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının fəaliyyətinə həmişə mühüm töhfələr verdiyi qeyd edilib, uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
337 343 373 337 307 336

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.