n2006

n2006 İslam Dini 9-12-2022, 17:30

Özünüzü Oddan qoruyun!

Özünüzü Oddan qoruyun!
Rəvayət edilir ki, Adiy ibn Hatim demişdir: “Mən Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yanın­da olarkən iki nəfər şikayətə gəldi. Onlardan biri kasıbçılıqdan, digəri isə yol kəsən qul­durlardan şikayət etdi. Peyğəmbər onları dinlədikdən sonra dedi: “Yol kə­sən qul­durlara gəlincə, az bir zaman keçdikdən sonra karvanlar yanlarında heç bir mühafi­zəçi aparmadan Məkkəyə yollanacaqlar. Kasıbçılığa gəldikdə isə, bilin ki, biriniz əlindəki sədəqə ilə gəzib-dolaşıb bunu ondan qəbul edəcək bir adam tapa bilməyəcəyi vaxt gəlməyincə Qiyamət qopmayacaq. Sonra siz Alla­hın hüzurunda duracaqsınız və sızinlə Onun arasında heç bir pərdə olma­ya­caq. Dediklərinizi tərcümə edəcək bir tərcüməçiniz belə olma­yacaq.
Sonra Allah Öz qulundan soruşacaq: “Mən sənə mal-dövlət verməmiş­dimmi?”
O: “Ver­miş­din”– deyəcək.
Sonra soruşacaq: “Mən sənə pey­ğəmbər göndərmə­miş­dimmi?”
O: “Göndərmişdin”– deyəcək. Bundan sonra o, əvvəlcə sağına, sonra da soluna ba­xacaq, lakin oddan başqa bir şey görməyəcək. Elə isə heç olmasa, yarım xur­ma sədəqə ilə özünüzü Oddan qoruyun. Bunu tapmasanız, onda gözəl söz da­nışmaqla özünüzü Oddan qoruyun.” (əl-Buxari, 1413).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
659 519 499 481 519 542

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.