Azer2

Azer2 İdman 12-12-2022, 16:00

17 sarı vərəqə göstərən hakim üçün DÇ-2022 bitdi

17 sarı vərəqə göstərən hakim üçün DÇ-2022 bitdi
DÇ-2022-nin 1/4 final mərhələsinin Niderland – Argentina oyununun baş hakimi Mateus Laos üçün mundial bitib.

Buna əsas vaxtı 2:2 hesabıyla bitən və Argentinanın penaltilər seriyasında (4:3) qalib gəldiyi matçda ispaniyalı ədalət təmsilçisinin zəif idarəçiliyi səbəb olub.

Matçda 17 dəfə sarı vərəqəyə əl atan Laos futbolçular arasındakı gərginliyə yol açdığı üçün FİFA Hakimlər Komitəsi ona yarımfinalda, 3-cü yer uğrunda matçda və final oyununda təyinat verməmək qərarını verib.

FİFA Niderland – Argentina matçının ardından baş verənlərə görə Argentina Futbol Assosiasiyasına, Lionel Messi və Emiliano Martinesə qarşı iş açıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
340 358 445 405 416 443

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.