Azer2

Azer2 İdman 28-12-2022, 16:30

Peleyə görə loqolarını dəyişirlər

Peleyə görə loqolarını dəyişirlər
Braziliya “Santos”su yaxın vaxtlarda keçmiş futbolçusu Pelenin şərəginə loqosunu dəyişdirməyə hazırlaşır.
Bu barədə klubun rəsmi Tvitter hesabında məlumat yayılıb. Loqoya Pelenin şərəfinə tac əlavə ediləcək.

Pele noyabrın 29-da tənəffüs yolu infeksiyasının müalicəsi üçün kimyaterapiya kursunu tənzimləmək məqsədilə xəstəxanaya yerləşdirilib. Onun durumu pisləşməyə doğru gedir. Bu səbəbdən, böyrək və ürək disfunksiyasına görə daha intensiv müalicə tələb olunur.

82 yaşlı üçqat dünya çempionu dekabrın əvvəlində yenidən xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti son günlər daha da pisləşib. Hətta Pele ölümündən əvvəl ailəsi ilə də vidalaşıb.

Qeyd edək ki, Pele 1956-1974-cü illərdə "Santos"da oynayıb. O, milli komandası ilə 1958, 1962 və 1970-ci illərdə dünya çempionu tituluna yiyələnib. Braziliyalı keçmiş hücumçu FİFA-nın versiyasına əsasən, 20-ci əsrin ən yaxşı futbolçusu hesab edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
344 366 385 364 423 351

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.