HASANLY

HASANLY Xəbərlər 3-01-2023, 07:30

NASA həyəcan təbili çalır: Çin Aya iddia edir

NASA həyəcan təbili çalır: Çin Aya iddia edir
ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Bill Nelson bəyan edib ki, Çin Xalq Respublikası Aya iddia edə bilər.

“Bu bir faktdır: biz kosmik yarışdayıq. Yaxşı olar ki, biz onların (Çini nəzərdə tutur - red.) elmi araşdırma adı altında Aya iddia etmələrinin qarşısını alaq. Ola bilsin ki, gələcəkdə onlar bizə “yaxınlaşmayın, biz buradayıq, bura bizim ərazimizdir” desinlər”, - NASA rəhbəri açıqlamasında bildirib.

ABŞ Kosmik Agentliyinin rəhbəri hesab edir ki, əgər Çin bu kosmik yarışda qalib gələrsə, sözügedən ssenari tam realdır.

Çin isə öz növbəsində amerikalıların kosmos yarışı ilə bağlı iddialarını təkzib edir.

Mənbə: Politico

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
321 351 319 387 325 332

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.