HASANLY

HASANLY İdman 5-01-2023, 12:13

İPL: “Tottenhem” “Kristal Palas”ı səfərdə darmadağın etdi

İPL: “Tottenhem” “Kristal Palas”ı səfərdə darmadağın etdi
İngiltərə Premyer Liqasının (İPL) XIX turunda daha dörd qarşılaşma oynanılıb.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, gecənin ilk matçında “Sauthempton” “Nottingem Forest”lə qarşılaşıb.

“Müqəddəslər” matçdan 0:1 hesablı məğlubiyyətlə ayrılıblar.

“Lids” isə öz meydanında “Vest Hem”lə xalları yarı bölüb – 2:2.

“Aston Villa” və “Vulverhempton” da öz aralarındakı qarşılaşmada bir xala qane olublar – 1:1.

Gecənin ən maraqlı matçı isə Londonda baş tutub.

“Tottenhem”i qəbul edən “Kristal Palas” darmadağın olub. Harri Keynin dubl etdiyi matçda Doherti və Son da fərqlənərək 4:0 hesablı qələbəyə öz təhvələrini veriblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
318 324 332 322 357 305

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.