Fresco

Fresco özünü 😇 xoşbəxt hiss edir. İdman 8-01-2023, 22:26

“Qalatasaray” “Fənərbaxça”ya darmadağınla qalib gəldi

“Qalatasaray” “Fənərbaxça”ya darmadağınla qalib gəldi
Türkiyə Superliqasında 18-ci turun mərkəzi qarşılaşması baş tutub.

İstanbul derbisində əzəli rəqiblər “Fənərbağça” ilə “Qalatasaray” üz-üzə gəlib.

Hazırda komandaların turnir cədvəlindəki ilk iki sıranı tutduqlarını nəzərə alsaq, “Şükrü Saracoğlu” stadionunda keçirilən matç liderlik mübarizəsi baxımından da maraq doğurub.

Oyun qonaqların üstünlüyü ilə keçib. “Aslanlar” meydan sahiblərinin qapısından üç cavabsız top keçirərək liderliklərini möhkəmləndiriblər - 0:3.

Bu nəticədən sonra “Cim-Bom” 39 xalla ilk sırada, “Fənər” isə ondan 4 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
458 443 403 372 413 384

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.